XIX turun oyunlarına start verilib
26 Mart 2011 Şənbə 23:02
"Karvan" Yevlaxda "Şahdağ"ı qəbul edib.
I divizionda XIX turun oyunlarına start verilib. Bu gün turun iki qarşılaşması baş tutub.
"Karvan" Yevlaxda "Şahdağ"ı qəbul edib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
"Bakılı" isə Neftçalada eyniadlı komandanın qonağı olub. Oyun qonaqların 1:0 hesblı qələbsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 76-cı dəqiqədə Təhmuraz Rzayev imza atıb.
Tura sabah yekun vurulacaq. "Şuşa" "Göyəzən"i, "Energetik" "Abşeron"u, "Neftçi" İSM "Şəmkir", "MKT-Araz" isə "Rəvan"ı qəbul edəcək.

I divizion
XIX tur
26 mart

Karvan - Şahdağ 0:0

Neftçala - Bakılı 0:1
Qol: Təhmuraz Rzayev, 76.

27 mart
Şuşa - Göyəzən
"Şəfa" stadionu, IV meydança. Saat 14.00.

Energetik - Abşeron
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu. Saat 14.00.

Neftçi İSM - Şəmkir
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 14.00.

MKT-Araz - Rəvan
Heydər Əliyev adına İmişli şəhər stadionu. Saat 14.00.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar