Xəzər Lənkəran və Neftçi azarkeşləri dava edib
25 Avqust 2013 Bazar 21:31
Xəzər Lənkəran və Neftçi azarkeşləri arasında dava düşdü.
Lənkəran Şəhər Mərkəzi Stadionunda davam edən "Xəzər Lənkəran" - "Neftçi" oyununda qalmaqal yaşanıb. ANS PRESS-in Lənkərana ezam olunmuş muxbirinin verdiyi məlumata görə, qarşılaşmanın birinci hissəsi başa çatan kimi "Xəzər Lənkəran"ın bir qrup azarkeşi "Neftçi"nin 50-yə yaxın azarkeşinin oturduğu sektorun qarşısına toplaşaraq onlara qarşı şüarlar səsləndiriblər. Nəticədə hər iki tərəf bir-birinə qarşı şuarlar səsləndirməyə başlayıblar. Daha sonra oturacaqları bir -birlərinə atıblar.
Polis və esgərlərin köməyi ilə azarkeşlər dağıdılıb. İkinci hissə isə beş dəqiqə gec başlayıb. Səbəb azarkeşlərin meydana yad əşyalar atmasi olub. Azarkeşlər sakitləşdikdən sonra baş hakim Fariz Yusifov oyunu başlayıb.
Stadionda azarkeşlər arasında gərgin atmosfər nisbətən sakitləşib.
DOSTLARINLA PAYLAŞ: