Xəzər Lənkəran vacib 3 xalı əldən verdi
19 Mart 2012 Bazar Ertəsi 21:10
Cənub təmsilçisi Xəzər Lənkəran klubu ev oyununda "Bakı"ya məğlub edib.
Bu gün Premyer Liqada XXIV tura yekun vurulub. ANS PRESS-in apasport.az saytına istinadən yaydığı məlumata görə, Yunis Hüseynovun “Xəzər Lənkəran”ın baş məşqçi postunda debütü uğursuz olub. Belə ki, komanda “Bakı” ilə ev oyununda 0:1 hesabı ilə uduzaraq, vacib 3 xalı əldən verib.

Bununla da lənkəranlılar turnir cədvəlində 3-cü pilləni qaytarmaq şansını qaçıraraq, 4-cü yerdə qalıb. Məğlubiyyət cənub klubunun çempionluq şansını xeyli azaldıb. Belə ki, “Xəzər Lənkəran” lider “Neftçi”dən artıq 8 xal geri qalır.

“Bakı” isə medallar, avrokuboklar uğrunda mübarizədə şansını yaxşılaşdırıb. 5-ci yerdə gedən “Qəbələ” ilə xal fərqini minimuma endirən “zolaqlılar” ölkə kubokunda da mübarizəsini davam etdirir.

“Xəzər Lənkəran” – “Bakı” 0:1
Deividas Çesnauskis, 39


DOSTLARINLA PAYLAŞ:

oyunlar