Xəzər Lənkəran Türkiyədə hazırlıqlara başlayıb
12 Yanvar 2011 Çərşənbə 00:00
İlk məşqə çıxan Xəzər Lənkəran komandasının hazırlıqlarında 17 futbolçu iştirak edib.
"Xəzər Lənkəran" Türkiyədə hazırlıqlara başlayıb. Bu gün ilk məşqə çıxan komandanın hazırlıqlarında 17 futbolçu iştirak edib. Onlardan 4-ü yeni legionerlərdir. Komandanın düşərgəsinə Rumıniyadan gələn Adrian Skarlatake ("Dinamo"/Rumıniya), Andrey Mureşan (Qloriya/Rumıniya) və Musat Nikolau (Unirya/Rumıniya) ilə yanaşı, Türkiyənin "Mərsin İdman Yurdu" klubunun formasını geyinən Bujor Vlad da qoşulub. Gənc rumın futbolçunu "Xəzər Lənkəran" yayda heyətinə qatmaq istəsə də, bu baş verməmişdi.
Daha sonra İlqar Qurbanovla Ernani Pereyranın komandasına yollanan Vlad bu dəfə Lənkəran klubunun düşərgəsinə üz tutub.

"Xəzər Lənkəran"ın heyətində yalnız Alim Qurbanovun yüngül zədəsi var. Legionerlərdən isə Uinston Parks hələlik vətənindən dönməyib, Dieqo Qusmao da İstanbul klinikalarından birində bərpa kursu keçir. Sabah komandaya daha üç futbolçunun qoşulmasi ehtimalı var ki, bunlardan ikisi cinah yarımmudafiəçisi, biri isə hücumçu ampulasında olan oyunçulardır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar