Xəzər Lənkəran super transferə hazırlaşır
10 Aprel 2011 Bazar 17:32
Xəzər Lənkəran super transferə hazırlaşır. Rumıniyalı Banel Nikolita yayda Azərbayacana gələ bilər.
"Xəzər Lənkəran"ın uzun müddətdi heyətinə qatmağa çalışdığı Banel Nikolita yayda ölkəmizə gələ bilər. Bu barədə Rumıniya mətbuatı xəbər yayıb. Lənkəran klubu "Styaua"nın yarımmüdafiəçisini almağa iddialılar sırasındadır. Artıq "Styaua"nın sahibi Cici Bekali da Nikolitanı satmağa razılıq verib. O, klubda dəyişikliklər aparmaq üçün yarımmüdafiəçi ilə yanaşı daha bir neçə futbolçunu satmaq qərarına gəlib.

Qeyd edək ki, "Xəzər Lənkəran" Nikolitanı qışda heyətinə qatmaq istəyirdi. Onun transfer qiyməti 500 min avroya bərabərdi. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar