"Xəzər-Lənkəran"-"Simurq" matçının vaxtı dəyişib
15 May 2009 Cümə 14:00
Qarşılaşma öncədən nəzərdə tutulduğu kimi mayın 17-də deyil, bir gün öncə mayın 16-da keçiriləcək

 

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində Lənkəranda keçiriləcək "Xəzər-Lənkəran"-"Simurq" matçının vaxtı dəyişdirilib. PFL-dən verilən məlumata görə, qarşılaşma öncədən nəzərdə tutulduğu kimi mayın 17-də deyil, 16-da keçiriləcək. Qarşılaşmanın vaxtında dəyişiklik edilməsi mayın 20-də Azərbaycan və Özbəkistanın 21 yaşlılardan ibarət milli komandaları arasında Lənkəranda keçiriləcək beynəlxalq yoldaşlıq görüşü ilə əlaqədardır. Belə ki, "Xəzər-Lənkəran" klubu ilk dəfə olaraq Lənkəran şəhərində keçiriləcək beynəlxalq oyunla əlaqədar, tədbirlərin yüksək səviyyədə təşkil olunması üçün, Azərbaycan və Özbəkistan nümayəndə heyətinin qarşılanması, yerləşdirilməsi, hər iki komandanın məşqlərinə şərait yaradılması, meydançanın matçın keçiriləcəyi saata kimi tam hazır vəziyyətə gətirilməsi üçün oyunun vaxtının dəyişdirilməsini xahiş edib. "Simurq" klubunun da razılğını alan Peşəkar Futbol Liqası (PFL) qarşılaşmanın mayın 16-da saat 18.00-da keçirilməsinə razılıq verib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar