Xəzər Lənkəran şikayət edir
19 Avqust 2013 Bazar Ertəsi 22:47
Xəzər Lənkəran klubu Qarabağ klubu ilə oynanan oyunun idarəçiliyindən narazıdır.
"Xəzər Lənkəran" rəhbərliyi "Qarabağ"la oyunun idarəçiliyindən narazı qalıb. ANS PRESS-in klubun saytına istinadən verdiyi məlumata görə, klub baş hakim Rəhim Həsənovun oyun ərzində yanlış və bir qayda olaraq qonaq komandanın əleyhinə yönələn qərarları qarşılaşmanın nəticəsinə də təsirsiz ötüşmədiyini iddia edir.
Oyundan dərhal sonra "Xəzər Lənkəran" baş hakim Rəhim Həsənovun idarəçiliyi ilə bağlı bütün narazılıqları oyunun protokoluna qeyd edib.
"Xəzər Lənkəran" Futbol Klubu adıçəkilən oyundakı hakimliyə etirazını bildirir. "Xəzər Lənkəran" FK baş verənlərlə əlaqədar Peşəkar Futbol Liqası və Hakimlər Komitəsinə ciddi xəbərdarlıq edir.
DOSTLARINLA PAYLAŞ: