Xəzər Lənkəran Rusiya klubunu məğlub etdi
19 Yanvar 2010 Çərşənbə Axşamı 13:15
Cənub təmsilçisi Xəzər Lənkəran hazırlıq görüşündə “Vityaz”dan güclü olub.
“Xəzər Lənkəran” klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Hazırlıq prosesi çərçivəsində "Xəzər Lənkəran" ilk oyununa çıxıb.
Peşəkar Futbol Liqasından verilən məlumata görə, Rusiyanın “Vityaz” klubu ilə görüşən Cənub təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Yeganə qolu rəqib qapısından Denis Kalinkov keçirib. Ağasəlim Mircavadovun yetirmələri növbəti yoxlama oyununu sabah Rusiya Premyer Liqasının təmsilçisi "Sibir" klubuna qarşı keçirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar