Cənub təmsilçisi Xəzər-Lənkəran ilk dəfə Ağdam təmsilçisini öz meydanında məğlub edib
Unibank Premyer Liqasının XI turu çərçivəsində “Qarabağ”lılar “Xəzər-Lənkəran” komandası ilə qarşılaşıb. ANS PRESS-in məlumatına görə, cənub təmsilçilərini qəbul edən “Qarabağ” komandası ilk dəfə olaraq öz meydanında “Xəzər-Lənkəran”a məğlub olub. Oyunan 66-cı dəqiqəsində tilsimi sındıran Konstantin Arbanas cənub təmsilçisinin minmimal hesabla qələbəsini təmin edib – 0:1. Bununla da, "Xəzər-Lənkəran" turnir cədvəlində ilk pilləyə yüksəldi.
Turun daha 3 oyunu sabah baş tutacaq.
31 oktyabr
15:00. “Gəncə” – “Qəbələ”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vaqif Musayev, Rauf Cabbarov
Gəncə şəhər stadionu
15:00. “Simurq” – “İnter”
Hakimlər: Ramil Diniyev, Aydın Ələkbərov, Rza Məmmədov, Tahir Əhmədov
Zaqatala şəhər stadionu
17:15. “Bakı” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Roman Vasilyev, Əfqan Həmzəyev
T.Bəhramov adına Respublika stadionu
ANSPRESS