"Xəzər-Lənkəran" "Qarabağ"ı məğlub edə bilmədi
08 May 2011 Bazar 15:44
Unibank Premyer Liqasında gümüş medalın sahibləri son turlarda bəlli olacaq
Futbol üzrə Unibank Premyer Liqasında 30-cu turun I oyunu bu dəqiqələrdə keçirilir. “Muğan” Şəfa stadionunda "Gəncə" ilə qarşılaşır. Turun mərkəzi oyunu isə ötən gün, Lənkəran şəhər stadionunda buş tutub.

Premyer Liqanın gümüş medalı uğrunda mübarizə aparan iki klub “Xəzər-Lənkəran” və “Qarabağ”ın mövsümdə son qarşılaşması Lənkəran şəhər stadionunda keçirilib. Oyuna yerli komanda fəal başlayıb. İlk dəqiqələrdən hücuma atılan lənkəranlılar 17-c dəqiqədə istəklərinə çatıblar. Emeka Oparanın zərbəsi dəqiq olub. Bundan sonra “Xəzər-Lənkəran”ın hesab arasındakı fərqi artırmaq imkanı olsa da, fasiləyə qədər hesab dəyişməyib. İkinci hissədə Qarabağ riskə gedərək, bütün komanda ilə irəli atılıb. Hətta, başq məşqçi Qurban Qurbanov əlavə iki hücumçunu da meydana buraxıb ki, bu da özünü doğruldub. Matçın əsas vaxtına artırılmış dəqiqələrdə Qarabağın forvardı İlqar Qurbanov komandasının bərabərlik qolunu vurub: “Xəzər-Lənkəran” 1: 1 “Qarabağ”. Unibank Premyer Liqasında gümüş medalın sahibləri son turlarda bəlli olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar