Xəzər Lənkəran - Neftçi matçı Diniyevə tapşırıldı
09 Sentyabr 2011 Cümə 19:55
Gənc hakimə Azər Əsgərov və İlham Əliyev yardımçı olacaq.
"Böyük oyun"un hakimi açıqlanıb. Hakimlər Komitəsi sabah baş tutacaq "Xəzər Lənkəran" - "Neftçi" oyununa gənc hakim təyin edib.Belə ki, qarşılaşmanı Ramil Diniyev idarə edəcək. Ona Azər Əsgərov və İlham Əliyev yardımçı olacaq.

Matçın dördüncü hakimi Orxan Məmmədov, AFFA nümayəndəsi Vaqif Məmmədovdu. Hakimlərin işinə isə hakim-inspektor Əhmədağa Cabbarov qiymət verəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar