Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində bu gün daha bir matç keçirilib. Salyanın "Muğan" klubu öz meydanında "Xəzər-Lənkəran"ı qəbul edib. Salyan Olimpiya Kompleksinin stadionunda keçirilən qarşılaşma Lənkəran təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Xəzər-Lənkəran"a qləbə qazandıran qolları, matçın 15-ci dəqiqəsində Kostadin Cambazov, 50-ci dəqiqədə Klaudio Radukanu, 53-cü dəqiqədə isə Devran Ayhan rəqib qapısından keçirib. "Muğan"ın təsəlli qoluna isə matçın 66-cı dəqiqədə Vladimir Taranu imza atıb. Premyer Liqanın XVII turuna bu gün keçiriləcək iki matçla yekun vurulacaq. Bu qarşılaşmalar saat 18:00-da başlayacaq.
"Simurq" - "Neftçi"
Başlanma saatı: 18.00
Stadion: Zaqatala Olimpiya İdman Kompleksinin stadionu
Hakim: Azad Mütəllimov
"Standard" - "Karvan"
Başlanma saatı: 18.00
Stadion: "Şəfa" stadionu
Hakim: Rövşən Əhmədov
/ANS PRESS/