Xəzər Lənkəran klubunun taleyi ilə bağlı qərar verildi
25 İyul 2011 Bazar Ertəsi 21:47
Xəzər Lənkəran klubunun taleyi ilə bağlı qərar verildi. Mirça Rednik klub rəhbərliyi ilə ortaq məxrəcə gəlib, heyətdən kənarlaşdırılan legionerlər isə geri çağırılıb.
"Xəzər Lənkəran"ın taleyi ilə bağlı qərar verilib. Klubun fəxri prezidenti Mübariz Mənsimov komandanın dağılmaması ilə bağlı qərar qəbul edib. Artıq Mirça Rednik "Xəzər Lənkəran" rəhbərliyi ilə ortaq məxrəcə gəlib. Heyətdən kənarlaşdırılan legionerlər isə geri çağırılıb.
Sabah "Xəzər Lənkəran" Lənkərana yola düşəcək. Bundan sonra komandada konkret kimlərin qalıb, kimlərin gedəcəyinə aydınlıq gələcək və hazırlıqlar başlayacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: