Xəzər Lənkəran klubunun büdcəsi açıqlandı
16 İyul 2010 Cümə 15:45
Xəzər Lənkəran klubunun yeni baş məşqçisi müsahibə verib.
"Xəzər Lənkəran" klubunun yeni təyin olunmuş baş məşqçisi Mirça Rednik Rumıniya mətbuatına müsahibə verib. “”Xəzər Lənkəran”ın büdcəsi 25 milyon avrodur. Yəni "Dinamo"dan (Buxarest) daha böyükdür. Komandanın müasir standardtlara cavab verən bazası var", - deyə Mirça Rednik bildirib.
Sabah rəsmi təqdimat mərasiminin keçiriləcəyini bildirən baş məşqçi rumın oyunçuları Azərbaycana gətirəcəyini qeyd edib: "Gələcəkdə rumın oyunçular bizə kömək edəcək. Azərbaycan çempionatında çempionluq uğrunda mübarizə aparacağıq. Mən Azərbaycanı pula görə seçmədim. Pula üstünlük versəydim, Səudiyyə Ərəbistanı və Cənubi Koreyadan yaxşı təkliflər almışdım".
Xatırladaq ki, Mirça Rednik “Xəzər Lənkəran”la iki illik müqaviləyə imza atıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: