Xəzər Lənkəran klubundan zəif start
05 İyul 2012 Cümə Axşamı 22:13
Cənub təmsilçisi Xəzər Lənkəran doğma meydanda estonlarla "sülh" bağlayıb.
Bu gün Avropa Liqasında təsnifat mərhələsinin ilk qarşılaşmaları keçirilir. ANS PRESS-in məlumatına görə, Lənkəranın “Xəzər” klubu ilk qarşılaşmasını doğma meydanında Estoniyanın “Nomme Kalyu” klubuna qarşı keçirib. Qonaqlar ilk dəqiqələrdə hesabı açıb. 5-ci dəqiqədə vurulan ilk qolun müəllifi Hidetoşi Vakau olub. Amma bu qoldan dərhal sonra lənkəranlılar hesabı bərabərləşdirib. Oyunun 6-cı dəqiqəsində Branimir Subaşiç fərqlənib.
Oyunun birinci hissəsi meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. Belə ki, 31-ci dəqiqədə Manuel Skarlatake hesabı 2:1 edib.
Lakin ikinci hissədə “Xəzər Lənkəran” yenidən qapısında qol görüb. 70-ci dəqiqədə Puri fərqlənib: 2:2. Oyun elə bu hesabla da yekunlaşıb.
DOSTLARINLA PAYLAŞ: