Xəzər Lənkəran klubundan tarixi qol
23 Oktyabr 2010 Şənbə 23:55
“Xəzər Lənkəran”ın 6 illik tarixində 400-cü yubiley qolu vurulub.
Kosta-Rika milli komandasının sabiq futbolçusu Uinston Parks “Xəzər Lənkəran” klubunun tarixinə düşüb. Unibank Premyer Liqasının X turunun “Turan”la oyununda hesabı açan hücumçu tarixi qolun müəllifi olub. Belə ki, onun vurduğu bu top 2004-cü ildə yaranan “Xəzər Lənkəran”ın 6 illik tarixində 400-cü yubiley qolu olub.

Qeyd edək ki, “Xəzər Lənkəran” bu qoladək Azərbaycan çempionatında 286, kubokda 94, Avrokuboklarda 6, “Birlik kuboku”nda 13 qol vurmuşdu. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar