Xəzər Lənkəran klubu heyətini gücləndirdi
06 Avqust 2011 Şənbə 10:57
Cənub təmsilçisi Xəzər Lənkəran klubu sloveniyalı Deyan Rusiçi heyətinə qatıb.
“Xəzər Lənkəran” klubu heyətinə yeni futbolçu cəlb edib. ANS PRESS-in “Xəzər Lənkəran” futbol klubuna istinadən verdiyi məlumata görə, cənub təmsilçisi sloveniyalı hücumçu Deyan Rusiçlə 2,5 il müddətinə müqavilə imzalayıb.

28 yaşlı Rusiç ölkəsinin klublarından savayı Rumıniyanın “Timişoara” və Rusiyanın “Spartak” (Nalçik) komandalarının şərəfini qoruyub. Futbolçu ötən mövsümün ikinci yarısını Səudiyyə Ərəbistanının “Əl Taavon” klubunda oynayıb.

Hücumçu həmçinin 2007-ci ildən etibarən bir neçə dəfə Sloveniya milli komandasının heyətinə də çağırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar