Xəzər Lənkəran klubu büdrədi
21 Oktyabr 2011 Cümə 16:56
Cənub təmsilçisi Xəzər Lənkəran klubu çempionatın X turu çərçivəsində “Bakı” ilə oyunda xal itirib.
Unibank Premyer Liqasında X turun oyunlarına start verilib. ANS PRESS-in məlumatına görə, açılış qarşılaşmasında “Xəzər Lənkəran” “Bakı” klubunun qonağı olub. İki iddialı klubun qarşılaşması gərgin alınıb. Hesabı oyunun 27-ci dəqiqəsində Eder Bomfim açıb. Ancaq ötən mövsüm “Xəzər Lənkəran” klubunun formasını geyinən bu ildən isə “Bakı”ya transfer olunan Uinston Parks 62 və 64-cü dəqiqələrdə qol vuraraq komandasını hesabda irəli çıxarıb.
Qarşılaşmanın 73-cü dəqiqəsində “Bakı”nın futbolçusu Cəmşid Məhərrəmov ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub. “Xəzər Lənkəran” bu üstünlükdən oyunun 77-ci dəqiqəsində isktifadə edib. Dejan Rusiç status-kvonu bərpa edib – 2:2.
Beləliklə “Xəzər Lənkəran” qazandığı bir xal sayəsində aktivindəki xallarının sayını 23-ə çatdıraraq turnir cədvəlində liderliyini bir qədər də möhkəmləndirib. İndi “Xəzər Lənkəran” ikinci pillədə qərarlaşan bir oyunu ehtiyatda olan “İnter” klubunu 6 xal üstələyir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: