Xəzər Lənkəran klubu Belçikada futbolçu axtarır
17 İyun 2011 Cümə 23:19
Mirça Rednik Belçikada futbolçu axtarır.
"Xəzər Lənkəran"ın transfer çalışmaları davam edir. Hələlik yalnız qapıçı Kamal Bayramovla güclənən Lənkəran klubu heyətinə bir neçə əcnəbi futbolçu qatmağa hazırlaşır. Bu günə qədər komandanın baş məşqçisi Mirça Rednik əsasən rumın və Rumıniya çempionatında top qovan əcnəbilərə güvənib. Bu dəfə isə Rednik həmyerlilərinin sayını azaldıb, digər ölkələrə nəzər yetirmək iddiasındadır.

Bakıya dönən və rəhbərliklə görüşdən sonra yenidən Belçikaya qayıtan rumın mütəxəssisin səfərinin məqsədi məlum olub. "Xəzər Lənkəran"ın baş məşqçisi Belçika çempionatından futbolçu transfer etmək istəyir. Həmin oyunçunun kimliyi və vətəndaşlığı barədə məlumat verilməsə də, onun tanınmış futbolçu olduğu deyilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar