Xəzər Lənkəran kimləri transfer edəcək?
18 Mart 2013 Bazar Ertəsi 08:38
Tuyqun Nadirov: Toşakın istədiyi transferləri həyata keçirəcəyik.
“Xəzər Lənkəran” heç vaxt özünü baş məşqçilərdən asılı vəziyyətə salmayıb. Mən klubumuzda tez-tez baş məşqçi dəyişikləri ilə bağlı məsələyə birdəfəlik son qoymaq üçün onu demək istəyirəm ki, uğursuz çalışanları yollarımız ayırmağ daha məqsədəuyğun sayırıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
Onun sözlərinə görə, hələ ötən mövsümün gedişində baş məşqçi postunda tez-tez dəyişik olsa da, sonda bunun bəhrəsini gördülər: “Mirça Rednikin gedişindən sonra baş məşqçi postumuza Cüneyt Biçəri gətirdik. Onun da vaxtında komanda uğursuz çıxış etdiyindən, Yunis Hüseynova bu vəzifəni tapşırdıq. Hüseynovun vaxtında komanda nəticə verdi. Belə ki, çempionatda gümüş medal qazandıq və “Xəzər Lənkəran” tarixində ilk dəfə avrokuboklarda mərhələ adladı. Kim deyə bilərdi ki, Biçər bu nəticəni verəcəkdi?”.
Nadirov bu gün təqdimatını etdikləri uelsi Con Toşaka nəticə verməyi üçün lazımı şərait yaradacaqlarını bildirdib: “Biz onun istədiyi transferləri edəcəyik. “Xəzər Lənkəran”da hazırda 13 legioner var. Ola bilər ki, gələn mövsüm az - 5 əcnəbi futbolçu olsun. Ancaq bunlar daha səviyyəli ola bilər. Toşak işində səviyyəsi yüksək olan legionerlərə və da ha çox yerli futbolçulara üstünlük verir. “Xəzər Lənkəran” onun istəyi daha çox azərbaycanlı futbolçuları heyətinə cəlb etməyə çalışacaq”.
DOSTLARINLA PAYLAŞ: