Xəzər Lənkəran Kamran Ağayevi transferə çıxardı
28 İyul 2012 Şənbə 11:07
Xəzər Lənkəran" Kamran Ağayevi transferə çıxardı . Bu haqda qərar klub rəhbərliyinin keçirdiyi iclasda qəbul olunub.
“Xəzər Lənkəran” futbol klubu üç futbolçusunu transferə çıxarıb. Bu haqda qərar klub rəhbərliyinin keçirdiyi iclasda qəbul olunub. Klubdan ANS PRESS-ə verilənməlumata görə, transferə çıxarılanlar qapıçı Kamran Ağayev, kosta-rikalı hücumçu Rendall Brenes və braziliyalı yarımmüdafiəçi Rikardo Qomeşdir. Adı çəkilən futbolçuların yerlərinə tezliklə yeni oyunçular cəlb olunacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar