Xəzər Lənkəran istirahət etməyəcək
24 Aprel 2011 Bazar 16:42
Cənub klubu Xəzər Lənkəranın futbolçuları "Bakı" matçının hazırlıqlarına başlayır.
Dünən AZAL-la qarşılaşan və 5 oyunluq uğursuzluğa son qoyaraq 3:0 hesablı qələbə qazanan "Xəzər Lənkəran"ın futbolçuları istirahət etməyəcək. Cənub klubunun futbolçuları bu gündən Azərbaycan Kubokunun 1/2 final mərhələsinin hazırlıqlarına start verəcək.

Aprelin 27-də "Bakı" ilə Lənkəranda keçiriləcək oyunun hazırlıqları doğma şəhərdə aparılacaq. "Xəzər Lənkəran"ın ilk məşqi bu gün saat 17.00-da başlayacaq. Məşq qısa sürəcək və bərpa prosesi keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar