Xəzər Lənkəran istəyinə çatıb
14 Yanvar 2011 Cümə 00:05
Cənub təmsilçisi Xəzər Lənkəran rumıniyalı qapıçı ilə müqavilə bağlamağa hazırlaşır.
Denis Romanovsın transferə çıxarılmasından sonra qapıçı axtarışlarına başlayan "Xəzər Lənkəran" istədiyi qolkiperi tapıb. Lənkəran klubu rumın qolkiperlə güclənəcək. Bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Gsp.ro saytının xəbərinə görə, "Xəzər Lənkəran" Kosmin Vatka ilə müqavilə bağlamağa hazırlaşır.

Qeyd edək ki, tam adı Kosmin Andrey Vatka olan qolkiper 12 may 1982-ci ildə Rumıniyanın Turda şəhərində dünyaya göz açıb. 28 yaşlı Kosmin karyerasına Rumıniyanın "Bihor Oradea" klubunda başlayıb (2001-2005, 45 oyun). Ardınca "Otselul" (2006-2007, 48 oyun) və "Styaua"nın (2007-2010) şərəfini qoruyan futbolçu 2009-2010 mövsümündə icarə əsasında "Qaz Metan" klubunda çıxış edib (25 oyun). Vatka 2009-cu ildə bir dəfə Rumıniya yığmasının B komandasında forma geyinib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar