Xəzər Lənkəran istəyinə çatdı
19 Mart 2010 Cümə 22:10
AFFA Apellyasiya və Ekspert Komitəsi Xəzər Lənkəran klubunun xeyrinə qərar verib.
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin bu gün keçirilən iclasında “Xəzər Lənkəran” klubunun “Unibank” reklam bannerlərini yerləşdirmədiyi üçün qəbul edilmiş qərarla baglı verdikləri apellyasiya şikayətinə baxılaraq qərar qəbul olunub. Qərara əsasən, “Xəzər Lənkəran” klubunun Peşəkar Futbol Liqası ilə bannerlərin yerləşdirilməsi ilə baglı əldə etdiyi razılığı nəzərə alaraq klubun verdiyi apellyasiya şikayəti təmin edilib.

Qeyd edək ki, AFFA İntizam Komitəsinin fevralın 23-də "Xəzər Lənkəran"ın ev oyunlarını keçirdiyi Lənkəran şəhər stadionunda PFL-in baş sponsoru "UniBank"ın reklam bannerlərini yerləşdirmədiyi üçün klubu 2000 manat cərimə edib. Qərardan narazı qalan "Xəzər Lənkəran" klubu AFFA-nın Apellyasiya Komitəsinə müraciət etmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar