“Xəzər Lənkəran”ın məşqçisi istefaya göndərildi
19 Oktyabr 2010 Çərşənbə Axşamı 11:40
Klub rəhbərliyi Yuri Panfilovun ərizəsinə müsbət cavab verib.
“Xəzər Lənkəran” klubu Gənclər İnkişaf Proqramının baş məşqçisi Yuri Panfilovla yollarını ayırıb. Klub rəhbərliyi məşqçinin öz istəyi ilə istefaya dair ərizəsinə müsbət cavab verib.
ANS PRESS-in “Xəzər Lənkəran” klubuna istinadən verdiyi məlumata görə, Gənclər İnkişaf Proqramı rəhbərinin səlahiyyətləri müvəqqəti olaraq klubumuzun əvəzedici heyətinin məşqçisi Samir Ələkbərova həvalə olunub.
Xatırladaq ki, Yuri Panfilov “Xəzər Lənkəran” klubunda 2009-cu ilin iyulundan işləyirdi. O, “Xəzər Lənkəran” daxilində uşaq futbolunun inkişafına cavabdeh idi və yeniyetmə yaş qruplarının məşqçilərinə rəhbərlik edirdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: