"Xəzər Lənkəran"ın heyətində daha bir rumın futbolçu
02 Avqust 2010 Bazar Ertəsi 22:55
Mərkəz yarımmüdafiəçisi ilə iki illik müqavilə imzalanıb.
“Xəzər Lənkəran” klubu bu gün daha bir futbolçu ilə, mərkəz yarımmüdafiə mövqeyində oynayan Konstantin Dorian Arbanasla iki illik müqavilə imzalayıb. 27 yaşlı rumıniyalı futbolçu öz karyerasını Rumıniyanın “Qloriya Bistritsa” klubunda başlayıb (2001-2006). Son 4 ili isə o, Moldovanın “Şerif” (Tiraspol) komandasında oynayıb.

“Şerif” komandasında Konstantin Dorian Arbanas bir çox titul qazanıb. O, 2007, 2008, 2009, 2010-cu illərdə Moldova çempionu, 2007-də Moldova superkubokunun qalibi, 2008, 2009, 2010-cu illərdə Moldova kubokunun qalibi, 2009-da Birlik kubokunun qalibi olub. Həmin 2009-cu ildə o, Avropa liqasının qrup mərhələsinin iştirakçısı olub.

Ümumiyyətlə Konstantin Dorian Arbanas Avrokuboklarda 30-dan çox oyunlarda çıxış edib.
Konstantin Dorian Arbanas subaydır. O, rus və ingilis dillərində danışır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar