Xəzər Lənkəran finala çıxdı 
    24 Aprel 2013 Çərşənbə 21:25
    Xəzər Lənkəran finala çıxdı. Cənub təmsilçisi “Bakı”nı məğlub edib.
    
                	 
    
         Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilir. ANS PRESS-in məlumatına görə, ilk oyunda "Xəzər Lənkəran" paytaxtın "Bakı" klubunu qəbul edib. Lənkəran təmsilçisi matçın birinci hissəsinə əlavə olunmuş vaxtda önə keçib. İlk qolun müəllifi Ağabala Ramazanov olub.
81-ci dəqiqədə isə Rahid Əmirquliyev "Xəzər Lənkəran"ı finala aparan qola imza atıb - 2:0.
Digər oyunda isə "Qarabağ" "Neftçi"ni qəbul edir. Bu matçda hesab hələ ki, 0:0-dır.
DOSTLARINLA PAYLAŞ: