Xəzər Lənkəran Estoniyada rəqibini üstələyə biləcəkmi?
10 İyul 2012 Çərşənbə Axşamı 12:12
Cənub təmsilçisi Xəzər Lənkəran bu gün Avropa Liqasının cavab qarşılaşması çərçivəsində oyuna çıxır.
Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab qarşılaşmasında səfərdə Estoniyanın “Nımme Kalyu” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” oyunun hazırlıqlarını yekunlaşdırıb. ANS PRESS-in məlumatına görə, Tallin şəhərinin “Le Kok” stadionunun ehtiyat meydançasında oyunöncəsi məşqini yüksək əhval-ruhiyyədə başa vuran komanda artıq “Nımme Kalyu” ilə cavab qarşılaşmasını gözləyir. Qeyd edək ki, vacib oyun öncəsi “Xəzər Lənkəran”ın heyətində itki yoxdur.

Avropa Liqasının ilkin təsnifat mərhələsinin “Nımme Kalyu” – “Xəzər Lənkəran” cavab qarşılaşması bu gün Tallinin “Kadriorq” stadionunda keçiriləcək. Norveçli hakim Daq-Vidar Xavsosun idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar