“Xəzər Lənkəran”ən böyük transferini reallaşdırdı
05 Fevral 2011 Şənbə 10:40
Cənub klubu Julius Vubay ilə 2 illik müqavilə imzalayıb
“Xəzər Lənkəran” futbol klubu tarixində ən böyük transferini həyata keçirib. ANS PRESS-in kluba istinadən verdiyi məlumata görə, transfer pəncərəsindən maksimum yararlanan komanda rəhbərliyi daha bir yeni futbolçu, Syerra-Leone yığmasının oyunçusu Julius Vubay ilə 2 illik müqavilə bağlayıb.

Julius Vubay özü də yeni kluba keçidi ilə bağlı fikirlərini bildirib: “Bu gündən mən “Xəzər Lənkəran”ın rənglərini qoruyacağam və əlimdən gələni edəcəyəm ki, bu il çempion biz olaq. Mən bura “Xəzər Lənkəran”la çempion olmağa gəlmişəm”. Ölkəsinin aparıcı futbolçularından olan Vubay Syerra-Lyone millisinin bombardirlər siyahısında 12 qolla ikinci pillədə qərarlaşıb.

Xatırladaq ki, futbolçu ümumilikdə karyerası ərzində 70-dən çox qola imza atıb. Hücumameylli yarımmüdafiəçi və hücumçu mövqelərində oynayan Julius Vubayın son klubu Rumıniyanın “Universitatya Krayova” kollektivi olub. O, həmçinin Kipr çempionatında da uzun müddət uğurla çıxış edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar