Xəzər Lənkəran Elvin Beqiri və Emeka Opara illə müqavilə yenilədi
31 Yanvar 2011 Bazar Ertəsi 17:20
Xəzər Lənkəran Elvin Beqiri və Emeka Opara cənub klubunda çıxışlarını davam etdirəcək.
“Xəzər Lənkəran” futbol klubu iki futbolçu ilə müqavilələrin müddətinin artırılması barədə razılığa gəlib. ANS PRESS-in “Xəzər Lənkəran” klubuna istinadən verdiyi məlumata görə, razılığa əsasən klubun albaniyalı futbolçusu Elvin Beqiri bundan sonra da “Xəzər Lənkəran”da çıxış etməyə davam edəcək.

Qeyd edək ki, mərkəz müdafiəçisi Beqiri bu günə kimi komandanın heyətində 38 oyun keçirib və 5 qola imza atıb.

Müqaviləsi artırılan digər oyunçu isə nigeriyalı hücumçu Emeka Oparadır. Ötən mövsüm “Xəzər Lənkəran”ın sıralarına qoşulan Opara bu müddətə qədər komandada 25 oyun keçirib və 5 dəfə rəqib qapılarına yol tapıb.
 ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar