Xəzər Lənkəran dörd futbolçusu ilə vidalaşdı
26 İyul 2010 Bazar Ertəsi 11:25
Xəzər Lənkəran dörd futbolçusu ilə vidalaşdı. Onların arasında Dmitri Kramarenko və Zaur Ramazanov da var.
“Xəzər Lənkəran” klubu birtərəfli qaydada dörd futbolçusu ilə ayrılmaq qərarına gəlib. Bunlar Dmitri Kramarenko, Emeka Opara, Mario Serjio Aumarante Santana (Mario Souza) və Zaur Ramazanovdur.

Bu barədə qərar klub rəhbərliyi və yeni baş məşqçisi Mirça Rednik tərəfindən şənbə günü (24 iyul) “Xəzər Lənkəran”ın əsas heyəti və komandanın əvəzedici heyəti arasında keçirilən yoldaşlıq oyunundan sonra qəbul olunub.

Qeyd edək ki, həmin oyun 5:0 hesabı ilə klubun əsas heyətinin xeyrinə bitib. Matçda Alim Qurbanov, Xaqani Məmmədov, Zaur Ramazanov, Emeka Opara və Amid Hüseynov fərqləniblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar