"Xəzər Lənkəran" daha 3 futbolçu ilə yollarını ayırdı
07 Yanvar 2011 Cümə 16:40
Klub rəhbərliyi baş məşqçi ilə məsləhətləşərək qərar qəbul edib
“Xəzər Lənkəran” klubu 3 futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib. Bunlar Asif Məmmədov, Ramazan Abbasov və Xaqani Məmmədovdur. ANS PRESS-in “Xəzər Lənkəran” futbol klubuna istinadən verdiyi məlumata görə, bu qərar klub rəhbərliyinin baş məşqçi ilə məsləhətləşmələrin nəticəsində qəbul olunub.

Bununla əlaqədar klub bildirir ki, adıçəkilən futbolçuların “Xəzər Lənkəran”dan uzaqlaşdırılması heç də milli oyunçularımızdan imtina kimi qiymətləndirilməməlidir. Komandaya yeni gənc azərbaycanlı futbolçuların cəlb olunması klub rəhbərliyinin qarşısında prioritet məsələlərdən biri olaraq qalır.

Xatırladaq ki, "Xəzər Lənkəran" klubu bundan əvvəl Allan Lalin, Konstantin Arbanas, Adrian İordake və Radomir Todorovla yollarını ayıraraq, Denis Romanovs və müdafiəçi Davit İmedaşvilini transferə cıxarmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar