Rahid Əmirquliyev klubun 16-cı kapitanı oldu.
Premyer Liqanın IX turu Azərbaycan milli komandasının futbolçusu Rahid Əmirquliyev üçün əlamətdar olub. Belə ki, gənc yarımmüdafiəçi karyerasında ilk dəfə “Xəzər Lənkəran” klubunun kapitanı kimi meydana çıxıb. O, komandanın tarixinə kapitan sarğısı ilə meydana çıxan 16-cı futbolçu kimi düşüb. Buna kapitan-qapıçı Kamran Ağayevin AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılması səbəb olub. Məhz onun yoxluğunda məsuliyyət Rahidə tapşırılıb.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın tarixində (bütün rəsmi yarışlar) 235 oyun olsa da bunların biri baş tutmayıb və komandaya “Şəfa” ilə matçda (2004/05 mövsümü) texniki qələbə verilib. Digər 234 qarşılaşmada isə ən çox kapitan sarğısını daşıyan Mahmud Qurbanov olub.
“Xəzər Lənkəran”ın kapitanları
1. Mahmud Qurbanov 59
2. Kamran Ağayev 46
3. Emin Quliyev 25
4. Samir Əliyev 24
5. Zaur Ramazanov 23
6. Dmitri Kramarenko 19
7. Arif Əsədov 14
8. Elmar Baxşıyev 10
9. Bəxtiyar Musayev 4
10. Alim Qurbanov 2
11. Füzuli Məmmədov 2
12. Junior Osvaldo 2
13. Aleksandr Martyoşkin 1
14. Ədəhim Niftəliyev 1
15. Rəşad Abdullayev 1
16. Rahid Əmirqulıiyev 1
ANSPRESS