Xəzər Lənkəran Con Benjamin Toşak ilə anlaşdı
09 Mart 2013 Şənbə 09:09
Bundan sonra “Xəzər Lənkəran”ı uelsli Con Benjamin Toşak çalışdıracaq.
“Xəzər Lənkəran” klubu məşhur futbol mütəxəssisi Con Benjamin Toşakla anlaşma əldə edib. Klubun vitse-prezidenti Tuyğun Nadirovun ANS PRESS-ə verdiyi məlumata görə, bu gün Türkiyədə “Palmali” Şirkətlər Qrupunun ofisində məşqçi ilə müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən, Toşak “Xəzər Lənkəran”ı 3 il çalışdıracaq.

T.Nadirovun sözlərinə görə, nüfuzlu məşqçi komandaya martın 15-də təqdim olunacaq. Toşakın “Xəzər Lənkəran”la müqavilə imzalamasını mühüm addım kimi qiymətləndirən klub rəsmisi komandanın böyük hədəflərə kökləndiyini vurğulayb.

Komandadakı ab-havaya gəlincə T.Nadirov “Xəzər Lənkəran”ın ölkə kubokunun yarımfinalına vəsiqə qazanmasından sonra daxildəki atmosferin çox gözəl olduğunu bildirib.

Xatırladaq ki, əslən Uesldən olan Con Benjamin Toşak vaxtilə "Beşiktaş" və "Real" (Madrid) kimi klubları çalışdırıb. Məşqçinin son iş yerləri Uels və Makedoniya yığmaları olub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar