Xəzər Lənkəran büdrədi
13 Mart 2011 Bazar 20:01
Xəzər Lənkəran büdrədi. "Neftçi" isə paytaxt derbisindən qalib ayrılıb.
Bu gün Azərbaycan Premyer Liqasında final mərhələsinin ilk turuna yekun vurulub. Hər “altılığ”da 2 matç baş tutub. Futbol ictimaiyyətinin əsas diqqəti ilk “altılıq” oyunlarına yönəldiyindən “Turan” – “Gəncə” və MOİK – “Qəbələ” qarşılaşmaları o qədər də böyük maraq kəsb etmirdi. Qərb derbisində meydan sahibləri qələbə qazansa da, “Bakı”nın bazasına sığınan “hərbçilər” təqibindən 1 xal almağı bacarıb.

Çempionluğa ən real namizədlər “Neftçi” ilə “Xəzər Lənkəran” isə fərqli nəticələrə imza atıb. Hər 2 matçda 1 qol vurulsa da, əvvəl meydan sahibləri, sonra qonaqlar qalib gəlib. Flaqman paytaxt derbisində gözlənildiyi kimi “Bakı”nı məğlub edib. “Ağ-qaralar” yenə Flavinyonun qolu ilə sevinib.

Lənkəran təmsilçisi isə gözlənilmədən AZAL-a məğlub olub. Bununla da liderlə izləyicisi arasında xal fərqi 4-ə çatıb. “Xəzər Lənkəran”ın büdrəməsi “Neftçi” ilə yanaşı “Qarabağ”ı da sevindirib. Belə ki, onların 2-ci yerlə xal fərqi 2-yə çatıb. Liderlərin növbəti tur üz-üzə gəlməsi isə ağdamlıların mövqeyini daha da yaxşılaşdıra bilməsindən xəbər verir.

"Turan" - "Gəncə" - 1:0
Yasin Abbasov, 27

MOİK - "Qəbələ" - 1:1
Emin Cəfərquliyev, 55 - Deon Barton, 50

AZAL - "Xəzər Lənkəran" - 1:0
Enyo Krastovçev, 76

"Bakı" - "Neftçi" - 0:1
Flavio Aleks Valensio, 8
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar