"Xəzər-Lənkəran" Bakıdan əliboş qayıdır
11 Aprel 2010 Bazar 19:45
Ramim cənub təmsilçisini məğlubiyyətlə barışmağa məcbur edib
Bu gün baş tutan iki oyunla Unibank Premyer Liqasının XXVII turuna yekun vurulub. Oyunlardan biri ilk, digəri ikinci “altılıq”da keçirilib.

“Bakı” mərkəzi arenada “Xəzər-Lənkəran”ı qəbul edib. Bu oyunadək rəqibindən 5 xal geri qalan paytaxt təmsilçisi çətin qələbə qazanmaqla, mübarizəni daha da qızışdırıb. Matçın son dəqiqlərində braziliyalı Fabio Luis Ramimin dəqiq zərbəsi “Xəzər-Lənkəran”ı məğlubiyyətlə barışmağa məcbur edib. Məğlubiyyət isə cənub təmsilçinə I dövrəni lider kimi başa vurmağa mane olub.

Günün digər qarşılaşması Tovuzda keçirilib. Meydan sahibləri autsayder “Karvan”ı 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar