Xəzər Lənkəran Azərbaycana qayıdır
31 Yanvar 2011 Bazar Ertəsi 23:20
Cənub təmsilçisi Xəzər-LənkəranTürkiyədəki 20 günlük təlim-məşq toplanışını başa çatdırıb
Türkiyədə 20 günlük təlim-məşq toplanışını yanvarın 31-də başa çatdıran “Xəzər-Lənkəran” klubu Vətənə qayıdır. ANS PRESS-in məlumatına görə, 6 sınaq görüşü keçirmiş komanda həmin görüşlərin 4-də məğlubiyyətə uğrayıb, 1-də qalib gəlib, 1 görüş isə heç-heçə nəticələnib.

“Xəzər-Lənkəran” “Atırau” klubuna 1:2, “Kasımpaşa” klubuna 1:4, “Zarya” (Luqansk) klubuna 1:3 və Ukraynanın birinci divizionunda çıxış edən “Çernomorets” (Odessa) klubuna 2:3 hesabı ilə məğlub olub, Ukrayna Premyer-Liqasının təmsilçisi “Krivbass” klubuna 1:0 hesabı ilə qalib gəlib. Komandamızın Zaporojyenin “Metallurq” klubu ilə görüşü isə heç-heçə (1:1) başa çatıb.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar