Xəzər Lənkəran azarkeşlərinə müjdə
02 Noyabr 2010 Çərşənbə Axşamı 10:55
“Xəzər Lənkəran” fanatlar üçün endirim edib.
Bir qədər əvvəl satışa çıxarılan "Xəzər Lənkəran" futbol klubunun mövsümlük abunə kartlarından olan “Standart kart”ın qiyməti ikiqat endirilib. ANS PRESS-in “Xəzər Lənkəran” klubuna istinadən verdiyi məlumata görə, bu qərarı qəbul etməkdə klub rəhbərliyi öz qarşısına futbola ictimai marağı daha da artırmaq məqsədini qoyub. Kartların satışa buraxılmasında məqsəd klub tərəfdarlarının rahatlığını təmin etmək, eyni zamanda marketinq və kommersiya baxımından vacib sayılan sabit gəlirə sahib olmaqdır.

Beləliklə, bundan sonra hər bir şəxs “Xəzər Lənkəran” Standart abunə kartını əldə etmək üçün yalnız 35 manat ödəməklə stadiona VİP girişdən daxil olma imkanı, 2010/11 mövsümü üçün tribunalarda klub tərəfindən müəyyən edilmiş oturacaqlardan istifadə etmək hüququ qazanacaq.

Qeyd edək ki, Standart kart alana klubun atributlarından hədiyyə veriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar