Xəzər Lənkəran argentinalı hücumçu aldı
31 İyul 2010 Şənbə 11:35
Lənkəran klubu Xəzər Lənkəran mərkəz hücumçusu Dieqo Ruizlə anlaşıb.
"Xəzər Lənkəran" bu gün növbəti transferini reallaşdırıb. Lənkəran klubu argentinalı futbolçu, mərkəz hücumçusu Dieqo Ruizlə anlaşıb. Fanat.az-ın verdiyi xəbərə görə, dünən "Palmali" Şirkətlər Qrupunun Bakıdakı baş ofisində argentinalı oyunçu ilə iki illik müqavilə imzalanıb.
19 dekabr 1980-ci ildə Argentinanın San Migel De Tukuman şəhərində dünyaya gələn 1,90 sm boyu olan hücumçu peşəkar futbol karyerasına 18 yaşında başlayıb. İlk klubu "Lanus" olan (1997-1999) Dieqo daha sonra ardıcıllıqla "San Telmo" (1999-2000, 20 oyun, 4 qol), "Nunorko" (2000-2001, 23 oyun, 4 qol) və "Atletiko Tukuman" (2002-2003, 11 oyun, 2 qol) klublarında çıxış etdikdən sonra Avropaya üz tutub.
2003-2004 mövsümündə Belçikanın "Kortrijk" (I divizion) klubunda 30 oyun keçirib, 8 qol vuran futbolçu Çiliyə yollanaraq, "Kobresal"la (2004, 11 oyun, 3 qol) anlaşıb. 2004-2005 mövsümündə yenidən Belçikya dönərək, "Genk"lə müqavilə bağlayıb. Bu komnadada 25 oyun keçirərək, 7 qol vurub və növbəti dəfə Çiliyə üz tutub. 2005-2008 mövsümündə "Uaçipato" klubunda forma geyinib (122 oyun, 25 qol) və Avropaya qayıdıb. 2008-ci ildə Rumıniyanın CFR (Kluj) klubu ilə müqavilə bağlayıb. Bu komandada 13 oyun keçirib, 2 qol vurub və Rumıniya Kubokunu qazanıb. Dieqo 2009-cu ildə Türkiyənin "Kasımpaşa" klubuna icarəyə verilib (4 oyun).
Ruiz evlidir, bir körpə oğlu var. Doğma portuqal dilindən başqa ispan dilində də sərbəst danışır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: