“Xəzər Lənkəran”a Mirça Rednik baş məşqçi təyin edildi
16 İyul 2010 Cümə 10:05
Mirça Rednik klubla 2 illik müqavilə imzalayıb.
“Xəzər Lənkəran” futbol klubu yeni baş məşqçi ilə müqavilə imzalayıb. Qarşıdakı 2 il ərzində “Xəzər Lənkəran” futbol klubunun əsas heyətini baş məşqçi Rumıniya və Belçika vətəndaşı Mirça Rednik çalışdıracaq.

Klubdan verilən məlumata görə, müqavilə Türkiyənin İstanbul şəhərində imzalanıb.

Xatırladaq ki, “Xəzər Lənkəran”ın əvvəlki baş məşqçisi Ağasəlim Mircavadov Avropa Liqası turniri çərçivəsində Moldovanın “Olimpiya” klubuna məğlub olduqdan sonra istefa vermişdi. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar