Xəzər Lənkəran 3 legionerlə müqavilə imzalayıb
18 Yanvar 2011 Çərşənbə Axşamı 13:05
Xəzər Lənkəran klubu 3 legionerlə müqavilə imzalayıb. Yeni futbolçular Antalya şəhərində təlim-məşq toplanışı keçirlər.
"Xəzər Lənkəran" futbol klubu Antalyada keçirdiyi təlim-məşq toplanışı zamanı düşərgəsində baxışda olan üç futbolçu ilə ilkin müqavilə bağlayıb. Bu futbolçular Simao Bruno, Kosmin Vatka və Andrey Mureşandır.

ANS PRESS-in “Xəzər Lənkəran” fubol klubuna istinadən verdiyi məlumata görə, komanda məşqləri intensiv olaraq davam etdirir. Dünən düşərgədən baxışda olan iki futbolçu ayrılıb. Bunlar almaniyalı futbolçu Jerom Polenz və Vlad Buyordur. Jerom ailə vəziyyətinə görə düşərgədən ayrılsa da Bujorun çıxışı məşqçilər korpusunu razı salmayıb.

Qeyd edək ki, “Xəzər Lənkəran” bu gün Türkiyənin Super liqa təmsilçisi "Kasımpaşa" ilə yoxlama oyununa çıxacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar