Xezer Lenkeran 2 futbolçusunu yola saldı
29 May 2013 Çərşənbə 17:01
Bu qərar futbolçuların qeyri-məhsuldar oyunları ilə əlaqədardır.
“Xəzər Lənkəran” 2 futbolçusunu - Dimitrios Sialmas və Gökhan Güləçi heyətdən kənarlaşdırıb. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun ANS PRESS-ə verdiyi açıqlamaya görə, komanda dünənki oyundan sonra iclas keçirib. Hər iki legionerin müqaviləsinə birtərəfli qaydada xitam verilib.

Onun bildirdiyinə görə, yunanıstanlı Dimitrios Sialmas və türkiyəli Gökhan Güləçlə yolların ayrılmasına səbəb onların baş məşqçi Con Toşakın fəlsəfəsinə zidd olmasıdır: “ Bildiyiniz kimi, Con Toşak mövsümün ortasından komandaya gəlib. Bu futbolçular isə onun fəlsəfəsinə ziddir. Baş məşqçi öz komandasını yığır”.

Bu futbolçuların getməsinin dünənki oyunla əlaqəsi olmadığını deyən H.Cəbrayıloğlunun sözlərinə görə, bu qərar hər iki hücumçunun qeyri-məhsuldar oyunu ilə bağlıdır.

Mətbuat xidmətinin rəhbəri həmçinin bu futbolçuların tezliklə yeniləri ilə əvəz olunacağını da bildirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar