Xəlil Altıntop klubunu dəyişdi
    27 Yanvar 2010 Çərşənbə 12:40
    Xəlil Altıntop mövsümün sonunadək “Ayntraxt”da oynayacaq
    
                	 
    
         Almaniyanın “Şalke” futbol klubunun türk futbolçusu Xəlil Altıntop mövsümün sonunadək Frankfurtun “Ayntraxt” klubunu icarə əsasında keçib. 
Bu mövsüm “Şalke”nin əsas heyətinə nadir hallarda salınan Altıntop oyun təcrübəsini itirməmək üçün bu addımı atıb. 
Futbolçu “Ayntraxt”da illik 1,5 milyon avro qazanacaq. Məvacibin yarısını “Şalke” klubu ödəyəcək. Xatırladaq ki, “Ayntraxt” klubunun baş məşqçisi “Qalatasaray”ın sabiq çalışdırıcısı Mihael Skibbedir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: