Xasavyurtdan Bakıya 5 medal gəldi
21 Oktyabr 2013 Bazar Ertəsi 17:39
Dağıstanın Xasavyurt şəhərində sayca 5-ci dəfə keçirilən “Qitələrarası Kubok” beynəlxalq turniri artıq başa çatıb.
"Qitələrarası Kubok” beynəlxalq turnirində sərbəst güləş yığmamızın üzvləri 1 gümüş və 4 bürünc medal qazanıb. ANS PRESS-in Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi xəbərə görə, Dağıstanın Xasavyurt şəhərində sayca 5-ci dəfə keçirilən turnir artıq başa çatıb.

Turnirin ilk günündə 55 kq çəki dərəcəsində təmsilçilərimiz bürünc medal görüşündə üz-üzə gəliblər. Mircəlal Həsənzadə ilə gərgin keçən görüşü Ruslan Surxayev qələbə ilə başa vurub. 60 kq-da Məhəmməd Müslümov həlledici görüşdə Çeçenistan təmsilçisi Coxar Cabayevdən – 7:0, 84 kq çəkidə Məhəmmədhacı Xatiyev dağıstanlı Dauren Kuruqliyevdən – 5:0 üstün olub.

Yarışların ikinci günündə mübarizəyə qoşulan Cəbrayıl Həsənov (74 kq) finala qədər maneəsiz irəliləyib. Finalda dağıstanlı Hacı Hacıyevlə görüşü uduzan güləşçimiz gümüş medalla kifayətlənib.

120 kq-da mübarizə aparan Aslan Dzebişov isə bürünc medal qazanıb. Güləşçimiz həlledici görüşdə Rusiya təmsilçisi Azamat Kişevi məğlub edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar