Xanımlarımız gücünü göstərəcək
14 Oktyabr 2011 Cümə 16:29
Oktyabrın 16-da Rotterdam şəhərində qadın boksçular arasında Avropa çempionatı start götürəcək.
Hollandiyanın Rotterdam şəhərində qadınlar arasında start götürəcək boks üzrə Avropa çempionatında Azərbaycan xanımları da iştirak edəcək. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qitə birinciliyində ölkəmizi Ayzanat Hacıyeva (60 kq), Yelena Vistoropova (69 kq) və Leyla Cavadova (75 kq) təmsil edəcək.

Qeyd edək ki, oktyabrın 16-da start götürəcək yarış oktyabrın 24-dək davam edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar