Xanım voleybolçularımızın rəqibləri məlum oldu
14 Sentyabr 2010 Çərşənbə Axşamı 17:30
Yığmamız gələn qitə birinciliyində yarışacaq.
Gələn il Serbiya və İtaliyada təşkil olunacaq qadınlar arasında voleybol üzrə Avropa çempionatının final mərhələsinin iştirakçıları müəyyənləşib.

Sentyabrın 22-də start götürəcək qitə birinciliyində komandamızla yanaşı daha 15 ölkə mübarizə aparacaq. Bunlar İtaliya, Serbiya, Hollandiya, Polşa, Almaniya, Türkiyə, Rusiya, Çexiya, Ukrayna, İspaniya, Rumıniya, Bolqarıstan, Xorvatiya, İsrail və Fransa olacaq. Çempionata oktyabrın 2-də yekun vurulacaq.

Xatırladaq ki, qitə birinciliyinin final mərhələsinin püşkatma mərasimi oktyabrın 24-də Lüksemburqda keçiriləcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar