Wesley Sneijder şok yaşadı
30 Avqust 2013 Cümə 18:33
Qalatasaray klubunun ulduz futbolçusu Wesley Sneijder yenə Hollandiya millisinə çağırılmadı.
“Qalatasaray”ın ulduz futbolçusu Uesli Sneyder yenə Hollandiya millisinə çağrılmadı. ANS PRESS-in Goal.com-a istinadən məlumatına görə, Hollandiya millsinin baş məşqçisi Lui Van Qaal yığmanın heyətini açıqlayıb. Baş məşqçi Uesli Sneyderə şans verməyib.

Bununla bağlı Lui Van Qaal jurnalistlrə açıqlamasında Sneyderin indiki məqamda milliyə faydalı olmayacağını bildirib.

Qeyd edək ki, bu mövsüm “Qalatasaray” oynadığı 3 oyunun hamısında Sneyder ilk “11”likdə meydana çıxıb. Uesli Sneyderin əvəzinə Nigel De Yong yenidən milliyə çağrlıb. Uesli Sneyder milliyə cağrılmasa da, “Fənərbaxça”nın holland hücumçusu Drik Kuyt millidəki yerini qoruya bilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar