Vuvuzelaların səsinə əlac tapıldı
16 İyun 2010 Çərşənbə 14:50
Mundialın oyunlarını həyata keçirən şirkət yeniliyə əl atıb.
Deyəsən televiziya tamaşaçılarının qulaqları Dünya Çempionatı 2010 – nun oyunları zamanı vuvuzelaların səsindən bir qədər dinclik tapacaq. Mundialın oyunlarının yayımını həyata keçirən “Host” şirkəti qarşılaşmalar zamanı vuvuzelaların səsini iki dəfə azaltmaq qərarına gəlib.

İlk belə təcrübə dünən baş tutan Braziliya – KXDR matçında yoxlanılıb. Bu matça qədər mundialın oyunlarını nümayiş etdirən BBC telekanalına vuvuzelaların səsi ilə bağlı 545 şikayətin daxil olduğu bildirilir.

BBC nümayəndələri səs azaldılmasının da işə yaramayacağı təqdirdə digər yollara əl atacaqlarını bildiriblər. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar