Vuvuzela qadağan edildi
20 İyul 2010 Çərşənbə Axşamı 14:05
“Tottenhem” klubu yeni qərarını açıqlayıb. Vuvuzela qadağan edildi.
İngiltərənin “Tottenhem” klubu azarkeşlərinə futbol matçları zamanı vuvuzela ilə komandalarına dəstək olmalarına qadağa qoyub. Qərar polis işçiləri ilə futbol stadionlarını lisenziyalaşdırma komitəsinin nümayəndələrinin görüşündə qəbul olunub.

“Biz “Tottenhem”in ev oyunlarını keçirdiyi stadionun ərazisində bu alətdən istifadəni qadağan etdik. Vuvuzelanın səsi diktorun elanlarını eşitməyə mane olur və azarkeşlərin özlərini narahat hiss etmələrinə gətirib çıxarır”, - deyə London klubunun məlumatında bildirilir.

Xatırladaq ki, vuvuzela Dünya Çempionatı-2010-nun rəmzlərindən sayılır. Azarkeşlər mundialın matçı zamanı kütləvi şəkildə bu aləti səsləndirərək komandalarına dəstək olublar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar