Vüqar Nadirov Almaniya çempionatında çıxış edə bilər
10 İyun 2012 Bazar 18:37
Vüqar Nadirovla bu ölkənin bir neçə klubu maraqlanır.
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Vüqar Nadirov karyerasını Almaniyada davam etdirə bilər. ANS PRESS azerisport.az saytına istinadən xəbər verir ki, millimizin forvardı ilə bu ölkənin bir neçə klubu maraqlanır.

Bunu Nadirov özü də təsdiqləyib: “Bəli, belə bir söhbət var. Amma hələlik konkret heç nə deyə bilmərəm. Hər şey dəqiqləşən kimi, biləcəksiz”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar